AZ

Avropa Parlamentində deputatların süni intellektə çıxışı məhdudlaşdırıldı

Bakı. Trend:

Avropa Parlamentində deputatların süni intellektə çıxışıməhdudlaşdırılıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Belə ki, təhlükəsizlik səbəbləri ilə əlaqədar onların mobilcihazlarında, o cümlədən korporativ planşetlərində süni intellektfunksiyaları deaktiv edilib.

Məlumata görə, virtual köməkçilərin söndürülməsi barədə qərarparlamentin kibertəhlükəsizlik və şəxsi məlumatların qorunması üzrəqruplarının tövsiyələri əsasında qəbul olunub.

Aparılan yoxlama nəticəsində məlum olub ki, bu Sİfunksiyalarından bəziləri yerli şəkildə emal edilə biləcəktapşırıqları yerinə yetirmək üçün bulud xidmətlərindən istifadəedir və bununla da məlumatları cihazdan kənara ötürür.

Deputatlar mətnlərin yazılmasına kömək edən, veb-səhifələrinməzmununu qısaldan və digər virtual köməkçi funksiyalarını yerinəyetirən daxili Sİ funksiyalarından məhrum ediliblər.

Məqalədə:
Seçilən
107
az.trend.az

1Mənbələr