AZ

Boş yerdə dayanmayıb yolun ortasında sərnişin düşürən sürücü hərəkəti məhdudlaşdırdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

Xırdalan şəhərində qaydaları pozan sürücü digər avtomobillərin hərəkətinə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 99-RC-783 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü yolun hərəkət olan hissəsində dayanaraq sərnişin düşürüb. Bu zaman arxadan gələn avtomobilin qarşısını kəsərək onun hərəkətini məhdudlaşdırıb. Videodan aydın şəkildə görünür ki, 2-3 metr irəlidə yolun kənarında dayanmaq üçün kifayət qədər boş yerlər var.

Fərid

Oxunub 28

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr