AZ

Yaponiyalı fiqurlu konkisürənlər dünya rekordu ilə Olimpiya çempionu olublar

Yaponiyalı fiqurlu konkisürənlər Riku Miura və Ryuiti Kihara XXV Qış Olimpiya Oyunlarında cütlüklərin yarışında sərbəst proqramda 158,13 bal toplayaraq dünya rekorduna imza atıblar.

“İki sahil” xəbər verir ki, onlar bu nəticə ilə yarışın qızıl medallarını qazanıblar.

Əvvəlki rekord (157,66 bal) 2022-ci ildən rusiyalı Anastasiya Mişina və Aleksandr Qallyamov cütlüyünə məxsus idi.

Qeyd edək ki, İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları fevralın 22-də yekunlaşacaq.

Seçilən
29
1
ikisahil.az

4Mənbələr