AZ

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

İnterpress.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,79 ABŞ dollar və ya 1,14% artaraq 70,36 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,57 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Seçilən
24
49
interpress.az

10Mənbələr