AZ

"Müğənni Səbinə ərimi bizdən AYIRIB, balalarım başsız qalıblar"

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu Tarixin bir günü verilişinin canlı efirində diqqətçəkən açıqlama ilə gündəmə gəlib.

Milli.Az-ın məlumatına görə, o, bildirib ki, Gürcüstandan naməlum nömrə ilə bir qadın ona zəng edərək ailəsinin dağıldığını iddia edib. Aparıcının sözlərinə görə, zəng edən şəxs həyat yoldaşının müğənni Səbinə Səlcan tərəfindən ailədən uzaqlaşdırıldığını deyib və kömək istəyib. Tolik eyni məzmunlu zəngin müğənni Zəngifə İbrahimovaya da edildiyini vurğulayıb.

Aparıcı efirdə məsələ ilə bağlı ehtiyatlı mövqe sərgilədiyini bildirib: "Xanıma dedim ki, bu barədə açıq danışsam, məni məhkəməyə verə bilərlər. Mən məsuliyyət daşıyıram", - deyə o qeyd edib. Onun sözlərinə görə, zəng edən qadın canlı efirə qoşulmaq istədiyini də bildirib.

Tolik çıxışı zamanı bəzi müğənniləri də tənqid edib. O, efirə çıxan bəzi sənətçilərin şəxsi həyatları barədə məlumatsız olduqlarını, lakin efirdə "namus-qeyrət dərsi" keçdiklərini iddia edib. Aparıcı həmçinin tamaşaçıların sənətçilərlə bağlı yanaşmasına da toxunaraq, açıq-saçıq geyim mövzusunda iradların ünvanının təkcə ifaçılar deyil, onları dəvət edən şəxslər olduğunu vurğulayıb.

Sonda Tolik əlavə edib ki, hər bir sənətkarın cəmiyyətdə təsir gücü fərqlidir və hər kəs Zeynəb Xanlarova və ya Flora Kərimova kimi söz sahibi ola bilməz.

Hüseyn
Milli.Az

Seçilən
32
2
milli.az

3Mənbələr