AZ

Tramp İranla danışıqlarda iştirak edəcək

ABŞ Prezidenti Donald Tramp Çərşənbə axşamı günü İranla nüvə danışıqlarında "dolayı yolla" iştirak edəcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, danışıqlarda Vaşinqtonu xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner təmsil edəcək.

"Mən bu danışıqlarda dolayı yolla iştirak edəcəyəm. Bu, çox vacib olacaq", - deyə Tramp təyyarəsində jurnalistlərə bildirib.

Amerika lideri Tehranın sərt mövqeyinin və ötən il Amerikanın ölkəni bombalamasının nəticələrini nəzərə alaraq Vaşinqtonla razılaşma əldə etmək istədiyinə ümid etdiyini bildirib:

"Onlar sövdələşməistəyirlər. Düşünmürəm ki, bunu etməməyin nəticələri ilə üzləşsinlər. İranlılar sərt danışıqçılardır. Ümid edirəm ki, onlar daha mülayim olacaqlar".


Telegram kanalımız
Seçilən
10
yenisabah.az

1Mənbələr