AZ

“Diyarbəkirspor” müsadirə olundu: qanunsuz mərc oyunlarına görə

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyatlar davam edir.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu dəfə İstanbul, Hatay, İzmir, Diyarbəkir və Ankarada eyni vaxtda əməliyyatlar keçirilib. Əməliyyatlar zamanı “Diyarbəkirspor” futbol klubunun keçmiş sahibi və menecerlərinin mərc oyunu saytı olduğu, həmçinin qazanılan pulları digər klublar vasitəsilə leqallaşdırdıqları məlum olub.

Nəticədə 8 nəfər saxlanılıb. “Diyarbəkirspor” futbol klubu, 3 şirkət, 6 avtomobil, 3 motosiklet, 7 mənzil, 6 torpaq sahəsi və 1 iş yeri müsadirə olunub.

Şübhəlilər dindirilmə üçün polis şöbəsinə aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
lent.az

1Mənbələr