AZ

XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar baş tutacaq

ain.az, 525.az portalına istinadən məlumat verir.

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 9 idman növü üzrə yarışlar keçiriləcək.

525.az xəbər verir ki, biatlon, bobsley, körlinq, fiqurlu konkisürmə, sərbəst üslubda xizəksürmə, hokkey, xizək ikinövçülüyü, snoubord və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 28 (12 qızıl, 7 gümüş, 9 bürünc) mükafat qazanıb. İtaliya (8 qızıl, 4 gümüş, 11 bürünc) ikinci, ABŞ (8 qızıl, 8 gümüş, 5 bürünc) üçüncüdür.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma fevralın 18-də slalom növündə qüvvəsini sınayacaq. Yarışlar İtaliyanın məşhur dağ-xizək mərkəzi olan Kortina-d'Ampetsoda keçiriləcək.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
525.az

1Mənbələr