Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti“Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçünsənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedurQaydaları”na dəyişiklikləri təsdiq edib.
Yeni qaydalara əsasən, hüquqların dövlət qeydiyyatına alınmasıüçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaqkadastrında saxlanılan məlumatlara uyğun gəlmədikdə qeydiyyatorqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətindəyerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılır.
Araşdırmanın nəticəsinə əsasən təqdim edilən sənədlərdəgöstərilən məlumatların doğruluğu təsdiq edildikdə, əmlak üzərindəhüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrındamüvafiq düzəlişlər edilir.
Trend xəbərverir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabındakıpaylaşımında dəyişiklikləri şərh edib.
Millət vəkili bildirib ki, vətəndaş daşınmaz əmlakınınqeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsulolan dövlət qurumunda məlumat fərqli olarsa, o zaman 15 iş günüərzində dəqiqləşdirmə aparılacaq:
“Məsələn, vətəndaşın sənədində torpağın təyinatı tikintiyəicazəyə imkan verirsə, amma dövlət qurumunda olan məlumat bazasındao ərazi kənd təsərrüfatı üçün yararlı torpaq kimi görünürsə, ozaman məlumatı dəqiqləşdirmək üçün digər profil qurumlara sorğugöndəriləcək. Sorğu zamanı vətəndaşın sənədinin doğruluğu təsdiqolunarsa, həmin daşınmaz əmlak qeydiyyata alınacaq”.
Deputat qeyd edib ki, yeni dəyişikliklər qeydiyyatsız evlərinsənədləşməsi prosesində məlumatların dəqiqləşdirilməsinə xidmətedəcək. Bu, mülkiyyət hüquqların tanınması və qorunması baxımdanvacibdir.