AZ

Lənkəranda faciə: Dənizə getdi, kanalda boğuldu

Lənkəranda 59 yaşlı şəxs balıq tutmaq istəyərkən dənizdə boğularaq ölüb.

Hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib.

Belə ki, 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədilə Xəzər dənizinin Lənkəran sahilinə gedərək dənizə çıxıb.

Xəzər dənizinin geri çəkilməsi nəticəsində həmin istiqamətdə quyu və kanal yaranıb. Məlumata görə, əslində həmin ərazilərə bələd olan M. Quliyev quyu və kanalın yaranmasından xəbərsiz olub.

Bu zaman M. Quliyev həmin kanala düşərək dəniz suyunun onu aparması nəticəsində boğularaq ölüb.

Qeyd edək ki, Məmməd Quliyev Bakı şəhərində yaşayır. O, dünən yaxınlarının ad günündə iştirak etmək üçün rayona qayıdıb.

Seçilən
23
4
aznews.az

10Mənbələr