AZ

Nailə İslamzadə:”Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki…”

Gununsesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Sosial şəbəkə azadlıq meydanıdır, amma azadlıq məsuliyyətsizliyə icazə deyil. Arqumenti olan insan alçaltmağa yox, izah etməyə çalışar”.

Gununsesi.info bildirir ki, bunu  əməkdar artist, tanınmış teleaparıcı Nailə İslamzadə sosial şəbəkələrin Azərbaycan seqmentində durum haqqında deyib.

“Tənqid düşüncəni ucaldır, təhqir isə sahibini kiçildir. Təhqir güc deyil.

Sosial şəbəkə uşağın-böyüyün istifadə etdiyi platformadı. Bəzən yazılanları oxuduğumuzdan, , təsadüfən olsa da, qarşımıza çıxanları görməyimizdən utanırıq. Söz insanın aynasıdır. O aynada nəyi göstərdiyimizi unutmamalıyıq.

Sosial şəbəkəni qisas meydanına çevirənlər unudurlar ki, yazdıqları söz əvvəlcə öz səviyyələrini göstərir”.

Günay Mahirqızı 

Gununsesi.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
90
2
icma.az

4Mənbələr