AZ

190 ölkə ABŞ dan 900 milyardlıq silah sifariş etdi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xarici tərəfdaşların ABŞ-dan ümumi silah sifarişləri 900 milyard dollara çatıb, lakin müttəfiqlər artıq ödənilmiş tədarüklər üçün bir neçə il gözləmək məcburiyyətində qalıblar.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin “USA Today” üçün qələmə aldıqları birgə məqaləsində deyilir.

Bildirilib ki, qlobal silah satışlarının 43%-i ABŞ-ın payına düşür.

Hazırkı portfel 190 ölkə və region üçün 16.000-dən çox sifarişdən ibarətdir və onun dəyəri 900 milyard dolları keçib.

Eyni zamanda, məqalədə deyilir ki, ABŞ administrasiyası əvvəlki strategiyanın səmərəsiz olduğunu sübut etdiyi üçün hərbi satınalma sistemində islahat aparmaq məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
axar.az

1Mənbələr