AZ

Ötmə qaydasından xəbəri olmayan sürücülər yolda təhlükə yaratdılar VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Ötmə qaydasını kobud şəkildə pozan sürücülər kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə yanvarın 31-də Saatlı rayonu ərazisində qeydə alınıb. Belə ki, 10-CH-094 qeydiyyat nişanlı “Toyota” və 77-KY-342 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobillərin sürücüləri ötmə qaydasını pozaraq digər hərəkət iştirakçıları üçün təhlükəli vəziyyət yaradıblar.

Əvvəlcə “Toyota”nın sürücüsü əks yola çıxaraq ötmə edərkən qarşıdan gələn minik avtomobili üçün təhlükə yaradıb. Ardınca gələn yük avtomobili ilə toqquşma riski yarandığını gördükdə sağ zolağa manevr edib. Bu zaman sağ zolaqda hərəkət edən “Mercedes”in önünə keçərək onun hərəkətinə maneə törədib.

Daha sonra “Hyundai”nin sürücüsü də eyni qayda pozuntusuna yol verib. O da ötmə edərək qarşıdan gələn minik avtomobili üçün təhlükə yaradıb, sağ zolağa qayıdarkən isə “Mercedes”in qarşısında tormoz verərək maneə yaradıb.

Bəzi sürücülər hesab edirlər ki, yolda qırıq xətlər olduqda istədikləri şəkildə ötmə edə bilərlər. Lakin qanunvericiliyə əsasən, sürücü ötməyə başlamazdan əvvəl əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq.

Fərid

Oxunub 6

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr