AZ

Varlını da öldürür, kasıbı da

Dəm qazı varlı-kasıb bilmədən, rəhmsizcə can almağa davam edir. Məlum olduğu kimi, Bakıda dəm qazından boğulan 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb. O, 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub. Daha sonra bizneslə məşğul olmağa başlayıb.

Publika.az Musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt şəhərində isə müxtəlif ünvanlarda hamam otağında baş verən dəm qazı zəhərlənməsi halları nəticəsində dörd nəfər xəstəxanaya yerləşdirilib. Hadisə şəhərin 49-cu məhəlləsində yerləşən fərdi evdə yaşayan, 2013-cü il təvəllüdlü Hüseynov Nurlan Faiq oğlu hamamda dəm qazından zəhərlənərək Sumqayıt şəhər Uşaq xəstəxanasına çatdırılıb.

Digər hadisə Şəhərin 2-ci mikrorayonunda isə 2003-cü il təvəllüdlü Babayeva Jalə Elxan qızı, eləcə də 1984-cü il təvəllüdlü Hünbətov Anar Hünbət oğlu hamam otağında dəm qazından zəhərləniblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Digər oxşar hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Abışova Aytac Kamal qızı hamamda dəm qazından zəhərlənərək Travmatologiya xəstəxanasına aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Yenə də Sumqayıtda dünən 33 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə 52-ci məhəllənin Duzlaq küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. 1993-cü il təvəllüdlü Amil Qarayev hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Seçilən
106
publika.az

1Mənbələr