AZ

İlin sonuna kimi Rusiya müharibəni dayandıra bilər General

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna ruslara böyük itkilər verir, lakin xarici təzyiq əhəmiyyətli dərəcədə artırılmadan Rusiya hakimiyyəti müharibəni dayandırmayacaq.

Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan generalı, Mərkəzi Komandanlığın keçmiş rəhbəri və MKİ-nin sabiq direktoru Devid Petreus “Ukrinform”a müsahibəsində bildirib.

O qeyd edib ki, sülh prosesi zamanı nə Rusiya nümayəndə heyəti, nə də Ukrayna kompromisə hazır olduqlarını nümayiş etdirib:

“Əksinə, onlar maksimalist tələblərini təsdiqləyiblər. Lakin müəyyən mərhələdə ruslar güzəştlərə getməyə məcbur olacaqlar. Bunun üçün əsas şərt Rusiyanın hərbi iqtisadiyyatına təzyiqin artırılması, gəlirlərinin azaldılması, eləcə də Çinin Rusiya hərbi-sənaye kompleksinə komponent tədarükünün dayandırılmasıdır.

Belə olan halda Rusiya da Ukrayna qədər hərbi əməliyyatların dayandırılmasına ehtiyac duyacaq. Və bunun üçün, şübhəsiz ki, əlavə səylər tələb olunacaq”.

Petreus proqnozlaşdırıb ki, müxtəlif amillərin məcmusu nəticəsində 2026-cı ilin sonlarına doğru Rusiyanın hərbi əməliyyatları dayandırmağı qəbul etməsi perspektivi yarana bilər:

“Hazırda görünür ki, Ukrayna hər ay Rusiyanın cəbhəyə cəlb etdiyi qədər rus hərbçisini ya məhv edir, ya da yaralayır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
axar.az

1Mənbələr