AZ

Dünyada məşqçi işləməyin ən çətin olduğu komandalar açıqlandı

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

"The Athletic" nəşrinin müxtəlif idman sahələri üzrə yazarlarının iştirakı ilə hazırlanan geniş təhlildə dünya idmanında "ən çətin məşqçilik vəzifələri" müəyyən edilib. Siyahıya Türkiyənin "Fənərbağça" klubu liderlik edir.

Milli.Az xəbər verir ki, təhlildə qeyd olunur ki, "Fənərbağça"da baş məşqçi olmaq sadəcə taktika qurmaq deyil, həm də inanılmaz azarkeş təzyiqi, medianın hər addımı izləməsi və illərdir davam edən çempionluq həsrətinin gətirdiyi ağır gözlənti ilə mübarizə aparmaqdır. Bu amillər klubu dünya futbolunda məşqçi üçün ən "isti kreslo" halına gətirir.

Dünyanın ən çətin məşqçilik vəzifələri (Tam Siyahı):

Siyahıda futbolla yanaşı Formula 1, NBA və NFL kimi müxtəlif sahələrdən də komandalar yer alıb:

Fənərbağça (Futbol, Türkiyə)

İngiltərə Milli Komandası (Futbol)

New York Jets (NFL - Amerika Futbolu)

Real Madrid (Futbol, İspaniya)

Ferrari (Formula 1)

Manchester United (Futbol, İngiltərə)

Tottenham (Futbol, İngiltərə)

Çelsi (Kişi futbolu, İngiltərə)

New York Yankees (MLB - Beysbol)

Çelsi  (Qadın futbolu, İngiltərə)

ABŞ Qadın Milli Komandası (Futbol)

Watford (Futbol, İngiltərə)

Bayern Münih (Futbol, Almaniya)

Los Angeles Lakers (NBA - Basketbol)

New York Knicks (NBA - Basketbol)

Braziliya Milli Komandası (Futbol)

Toronto Maple Leafs (NHL - Hokkey)

Seltik (Futbol, Şotlandiya)

Rangers (Futbol, Şotlandiya)

Alabama (NCAA - Amerika Futbolu)

Hindistan Milli Komandası (Kriket)

Siyahının böyük hissəsini futbol klubları və milli komandaları tutur.

Siyahıda təkcə nəticə deyil, həm də Ferrari-də olduğu kimi brendin ağırlığı və ya Watford-da olduğu kimi rəhbərliyin tez-tez məşqçi dəyişməsi çətinlik meyarı kimi götürülüb.

İngiltərə və Braziliya kimi futbol ölkələrində "milli yük" məşqçilər üçün ən böyük sınaq sayılır.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
news.milli.az

2Mənbələr