Bakı. Trend:
Böyük Britaniya bank rəhbərləri ABŞ-nin "Visa" və "Mastercard"ödəniş sistemlərinə milli alternativ yaratmaq məsələsini müzakirəetmək üçün ilk görüşlərini keçirəcəklər.
Trend-inməlumatına görə, bu barədə "The Guardian" qəzeti xəbər verib.
Məlumata əsasən, görüş fevralın 19-na planlaşdırılıb və ABŞprezidenti Donald Tramp administrasiyasının Böyük Britaniyanı busistemlərə çıxışdan məhrum edə biləcəyi ilə bağlı artannarahatlıqlar buna səbəb olub.
Görüşə "Barclay’s" bankının Böyük Britaniya üzrə baş direktoruVim Maru sədrlik edəcək. Nəşrin məlumatına görə, təşəbbüsün Londonşəhər şirkətləri tərəfindən hökumətin dəstəyi iləmaliyyələşdiriləcəyi gözlənilir.