AZ

“Barselona” zirvəni əldən verdi

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

İspaniya La Liqasında 24-cü turun “Jirona” – “Barselona” matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qeyd edək ki, Lamin Yamal təyin edilmiş penaltini reallaşdıra bilməyib. Bu, futbolçunun peşəkar karyerasında rəsmi matçın əsas vaxtında reallaşdıra bilmədiyi ilk penaltidir.

Bu nəticə ilə 58 xalda qalan “Barselona” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 29 xala malik “Jirona” 12-ci yerdədir. Turnir cədvəlinə isə 60 xalla “Real Madrid” başçılıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
qafqazinfo.az

1Mənbələr