AZ

ABŞ və Niderland pilotları Ukraynada F-16-ların bir hissəsini idarə edir

BAKI, 17 fevral. TELEQRAF

Fransanın "Intelligence Online" nəşrinin məlumatına görə, Ukraynada istifadə olunan F-16 qırıcılarının bir hissəsini ABŞ və Niderland pilotları idarə edir.

Teleqraf xəbər verir ki, nəşrin məlumatına görə, Kiyevin hava məkanının qorunması üçün ukraynalı, amerikalı və niderlandlı pilotlardan ibarət eskadrilya formalaşdırılıb. Məlumata görə, bu pilotlar Yaxın Şərq və Əfqanıstandakı əməliyyatlarda iştirak etmiş şəxslərdir və müvəqqəti müqavilələr əsasında fəaliyyət göstərirlər.

Bildirilir ki, onlar rəsmi hərbi rütbəyə malik deyillər və Ukrayna Silahlı Qüvvələrinin ştatına daxil deyillər.

Xatırladaq ki, daha əvvəl Pentaqon Ukraynaya verilənlər də daxil olmaqla F-16 qırıcılarının texniki xidmətinə görə 235,5 milyon dollarlıq müqavilə imzalayıb.

Seçilən
42
teleqraf.com

1Mənbələr