AZ

“Zirə” belə laqeyd münasibət görməməli idi, gördü

“Zirə” azarkeş sayında mövsümün antirekorduna imza atıb.

Sportinfo.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 20-ci turuna təsadüf edib.

Rəşad Sadıqovun yetirmələrinin “Karvan-Yevlax”la ev oyununa 350 tamaşaçı toplaşıb. Bu isə komandanın cari mövsümdə ən aşağı göstəricisidir.

Buna qədər “Zirə”nin evdə keçirdiyi 10 matç arasında ən az azarkeş 16-cı turda “İmişli” ilə qarşılaşmaya gəlmişdi – 400. Rekord isə üç dəfə qeydə alınmış 1200 tamaşaçıdır.

Bu mövsüm ev oyunlarının hamısını eyni stadionda keçirən 6 komandadan biri olan “Zirə”nin doğma arenasındakı 11 matçını ümumilikdə 8800 azarkeş izləyib.

"Qartallar" bu göstərici ilə Premyer Liqanın 8-ci sırasındadır. Qəsəbə təmsilçisi azarkeş sayında yalnız “İmişli”, “Kəpəz”, “Qəbələ” və “Araz-Naxçıvan”ı qabaqlayır. Orta hesabla “Zirə”nin hər ev görüşündə 800 azarkeş olub.

"Zirə” 20 turdan sonra 35 xalla üçüncü pillədə yer alır.

Seçilən
61
sportinfo.az

1Mənbələr