Bakı. Trend:
Rusiyanın Kamçatka diyarında 6,3 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər AkademiyasınınVahid Geofizika Xidmətinin Kamçatka şöbəsinin "Telegram" kanalındaməlumat verilib.
Məlumata əsasən, zəlzələ Petropavlovsk-Kamçatskidən 222 kmməsafədə baş verib. Təkanların episentri 45 km dərinlikdə olub.
İlkin hesablamalara görə, Petropavlovsk-Kamçatskidə baş verənzəlzələ 3,0 bal gücündə hiss olunub.