AZ

Premyer Liqa klubunun eks kapitanı 1 illik müqavilə imzaladı

"Kəpəz"in sabiq kapitanı Yeqor Xvalkonun yeri klubu bəlli olub

Sportinfo.az xəbər verir ki, belaruslu müdafiəçi Qazaxıstanda oynamağa davam edəcək.

29 yaşlı müdafiəçi bu dəfə qonşu ölkənin “Atırau” ilə anlaşıb. O, yeni klubu ilə 1 illik müqavilə imzalayıb.

Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Kəpəz"dəki karyerası 2022-2023-cü illər mövsümündən başlayan Xvalko Gəncə təmsilçisinin heyətində 95 çempionat matçında meydana çıxaraq 3 qol vurub.

Yeqor son iki mövsümdə "Kəpəz"in kapitanlarından olub. Xvalko “Kəpəz”dən ayrıldıqdan sonra “Tobol”a (Qazaxıstan) keçmişdi.

Seçilən
49
sportinfo.az

1Mənbələr