AZ

A Seriyası: “Kalyari” “Leççe”yə evdə uduzdu – ARENA.AZ

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 25-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.

Turun qapanış matçında “Kalyari” doğma meydanda “Leççe” ilə üz-üzə gəlib. Qonaqlar yekunda inamlı qələbəyə seviniblər.

Beləliklə, geridə qalmış 25 turdan sonra 61 xala malik “İnter” vahid liderdir. “Milan” 53 xalla ikinci, “Napoli” 50 xalla üçüncü pillədə qərarlaşıb. “Roma”nın 47, “Yuventus”in 46, “Atalanta”nın 42 xalı var.

İtaliya, A Seriyası
25-ci tur
13 fevral

Piza – Milan 1:2
Qollar: Loyola, 71 – Loftus-Çik, 39. Modriç, 85.

14 fevral

Komo – Fiorentina 1:2
Qollar: Parisi, 77-öz qapısına – Facoli, 26. M.Kin, 54-pen.

Latsio – Atalanta 0:2
Qollar: Ederson, 41-pen. Zalevski, 60.

İnter – Yuventus 3:2
Qollar: Kambyazo, 17-öz qapısına. Espozito, 76. Zyelinski, 90 – Kambyazo, 26. Lokatelli, 83.

15 fevral

Udineze – Sassuolo 1:2
Qollar: Solet, 10 – Loryente, 56. Pinamonti, 58.

Kremoneze – Cenoa 0:0

Parma – Verona 2:1
Qollar: Bernabe, 4. Pelleqrino, 90+3 – Harrui, 43-pen.

Torino – Bolonya 1:2
Qollar: Vlaşiç, 62 – Vlaşiç, 49-öz qapısına. S.Kastro, 70.

Napoli – Roma 2:2
Qollar: Spinatsola, 40. A.Santos, 82 – Malen, 7; 71-pen.

16 fevral

Kalyari – Leççe 0:2
Qollar: Qandelman, 65. Ramadani, 76.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
38
4
arena.az

10Mənbələr