AZ

Premyer Liqada ən yaxşı qapıçı

“Aston Villa” klubunun qapıçısı Emiliano Martinez cari mövsüm Premyer Liqada ən yaxşı qolkiper seçilib.

İdmanxeber.az xəbər verir ki, argentinalı dünya çempionu 77 faizlik qurtarış göstəricisi ilə çempionatda birinci pillədə qərarlaşıb.

Martinez mövsüm ərzində bütün turnirlərdə 28, Premyer Liqada isə 22 oyuna çıxıb və bu matçlarda cəmi 19 qol buraxıb.

Hazırda “Aston Villa” 50 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alır.

Seçilən
68
idmanxeber.az

1Mənbələr