AZ

Azərbaycanlı vəkil həbs edildi

Rusiyanın Krasnoyarsk şəhərində azərbaycanlı vəkil Ələkbər Qarayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

O, iki tanışı ilə birlikdə cinayət işinə cəlb olunub.

Rusiya Federasiyası Krasnoyarsk diyarı və Xakasiya üzrə İstintaq Komitəsinin açıqlamasına əsasən, Qarayev mütəşəkkil dəstə tərkibində xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə (RF CM-nin 30-cu maddəsi, 159.4-cü maddəsi) şübhəli bilinir.

Məhkəmə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İstintaq iddia edir ki, Qarayev və onun tanışları dələduzluq ittihamı ilə artıq ev dustaqlığında olan “Sibryak” tikinti şirkətinin prezidenti Vladimir Yeqorovdan pul alıblar.

Hazırda iş üzrə araşdırma davam edir, tərəflərin mövqeyi isə tam açıqlanmayıb.

Musavat.com

Seçilən
95
editor.az

1Mənbələr