Bakı. Trend:
1991-ci ilin noyabrından başlayaraq Cəmilli, Kərkicahan,Quşçular, Malıbəyli və Meşəli kəndlərinin işğalı zamanı ermənisilahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlərtörətmişdilər. Erməni silahlıları Qarabağın dağlıq hissəsindəazərbaycanlılar yaşayan kənd və qəsəbələri mühasirəyə alaraqbir-birindən təcrid edir, daha sonra işğal edərək dinc əhaliyədivan tutur, evləri, təsərrüfatları qarət edərək yandırırdılar.
Trend-inməlumatına görə, Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmışhadisələrdən biri də 1992-ci il fevralın 17-də baş verən Qaradağlıfaciəsidir. Qaradağlı kəndində erməni silahlı qüvvələri tərəfindəntörədilmiş bu faciə, Azərbaycanın mülki əhalisinə qarşı həyatakeçirilən kütləvi soyqırımlardan biridir. Qaradağlı kəndi Xocavəndrayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobilyolunun kənarında, dağətəyi ərazidə yerləşir.
Tarixçə
1990-cı il noyabrın 24-ü. 3 nəfər kənd sakiniXocavənd-Xankəndi yolunun 6 kilometrliyində erməni quldurlarıtərəfindən vəhşicəsinə qətlə yetirilib.
1991-ci il yanvarın 9-u. Qaradağlı kəndinəgedən UAZ markalı avtomobil ermənilər tərəfindən atəşə tutulub, birnəfər qətlə yetirilib, 4 nəfər yaralanıb. Onlardan 2-si aldığıyaralardan sonralar dünyasını dəyişib.
1991-ci il martın 8-i. Kəndin yaxınlığında 2nəfər vəhşicəsinə qətlə yetirilib.
1991-ci il iyunun 28-i. Kəndin yaxınlığındakıfermada 3 kişi və 3 qadın diri-diri yandırılıb.
1991-ci il sentyabrın 8-i. Ağdamdan Qaradağlıyagedən sərnişin avtobusu erməni quldurları tərəfindən atəşə tutulub,8 sərnişin həlak olub.
1992-ci il yanvarın 8-i. Kəndin yaxınlığındadaha bir azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, ermənilər 100-əyaxın qoyunu quldurluqla aparıblar.
Həmin hadisələr zamanı 118 nəfər əsir götürülüb, 33 nəfərgüllələnib. Erməni cəlladlar öldürülənləri və yaralı halda olanlarıbir yerdə təsərrüfat quyusuna tökərək üstünü torpaqlayıblar.Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50nəfəri böyük çətinliklərlə azad edilib. Girov götürülənlərdən 10nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5-i qadınolmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfatedib.
Bu soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailəninhər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə başçısını itirib, 146uşaq yetim qalıb. Ermənistan silahlı qüvvələrinin həmlələri zamanıqətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəbyaşlı uşaq olub.Ümumilikdə 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətləyetirilib. Kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəbbinası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər,azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr vəqəbiristanlıq dağıdılıb. 200 yaşayış evi, 800-dək sakini olan kənderməni vəhşiliyinin, qəddarlığın dəhşətli qurbanına çevrilib.Qaradağlı faciəsi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətintarixində insanlıq cinayəti kimi dəyərləndirilməli və dünyaictimaiyyəti bu cür qətliamların təkrarlanmaması üçün tədbirlərgörməlidir.
Azərbaycan xalqı Qaradağlı və digər işğal edilmiş kəndləriniazad etməklə şəhidlərinin qanını yerdə qoymadı və tarixi ədalətibərpa etdi. Ancaq bu faciənin dünya miqyasında tanınması və onahüquqi qiymət verilməsi üçün mübarizəmiz davam etməlidir. Qaradağlıfaciəsinin dünya ictimaiyyətinə çatdırılması üçün Xocavənd Rayonİcra Hakimiyyətinin təşəbbüsü ilə Azərbaycan, rus və ingilisdillərində “Soyqırımı: Qaradağlı”, Azərbaycan, rus, ingilis vəfransız dillərində “Soyqırımı Qaradağlı: davam edir...” və“Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib. Kənddə törədilənsoyqırımı ilə bağlı “Qaradağlı soyqırımı şahidlərin dili ilə”kitabı hazırlanıb. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün YeniQaradağlı, Yeni Xocavənd qəsəbələrində və Nərgiztəpə ərazisindəabidə kompleksləri ucaldılıb.