Türkiyə Superliqasında 22-ci tura yekun vurulub.
QOL.az xəbər verir ki, turun son matçında liqada qalmaq uğrunda mübarizə aparan “Kasımpaşa” və “Kayserispor” üz-üzə gəlib. 5 qolun vurulduğu görüşdə meydan sahibləri qələbə qazanıb.
“Kasımpaşa” - “Kayserispor” - 3:2
Qollar: Demirbay, 19 (1:0), Tosun, 62 (2:0), Kahveci, 71 (3:0), Mladenoviç, 80 (3:1), Ahmed, 90+2 (3:2)
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran “Kasımpaşa” turnir cədvəlində 15-ci pilləyə yüksəlib. “Kayserispor” isə 12 xalla sonuncu – 18-ci yerdə qalıb.