AZ

Üç ölkədən təklif alan Montiel "Qarabağ"dan ayrılır?

Son vaxtlar “Qarabağ”ın aparıcı futbolçusuna çevrilmiş Joni Montielin Azərbaycanı tərk etmək variantı yaranıb.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçiyə bir çox ölkələrin klublarından dəvətlər gəlib.

Montielin Çin,Türkiyə və Bolqarıstandan təklifləri var. Ona ən çox maraq göstərənlər Polşadan “Rakov”, “Lex”dir.

Montielin isə bu təkliflər qarşısında hansı qərarı verəcəyi dəqiq deyil.

Əslində, “Qarabağ” onu buraxsa belə, yüksək təzminat tələb edə bilər. Məsələ burasındadır ki, Joninin müqavilə müddəti 2+2 illikdir.

Lakin ispan futbolçunun özü də mövsümün sonuna qədər "Qarabağ"da qalmağı planlaşdırır.

Seçilən
22
sportinfo.az

1Mənbələr