Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsi başa çatıb və yarımfinala vəsiqə qazanan bütün iştirakçıların adları məlum olub.

Offsideplus.az xəbər verir ki, tay-brek qarşılaşmaları gözlənilməz nəticələrlə yadda qalıb:

Kişilərin mübarizəsində son çempion Rauf Məmmədov gənc rəqibi Read Səmədova məğlub olub. Digər bir maraqlı görüşdə Məhəmməd Muradlı təcrübəli Eltac Səfərlidən üstün olub.

Turnirin favoritlərindən sayılan Nicat Abasov isə Aydın Süleymanlı ilə bacarmayaraq yarışı tərk edib.

Qadınların yarışında isə Türkan Məmmədyarova gərgin keçən tay-brekdə Nərmin Abdinovanı üstələyib. Milli komandanın aparıcı üzvü Gülnar Məmmədova isə Xanım Balacayevaya qalib gələrək növbəti mərhələyə adlayıb.

Sabahdan etibarən çempionatın yarımfinal oyunlarına start veriləcək.