GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ-ın keçmiş prezidenti Barak Obama yadplanetlilərin mövcudluğu ilə bağlı əvvəlki fikirlərinə aydınlıq gətirib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “Instagram” sosial şəbəkəsində paylaşım edib. Sabiq prezident bildirib ki, yadplanetlilərlə bağlı dedikləri şəxsi fərziyyədən ibarət olub.
Obama vurğulayıb ki, prezidentliyi dövründə yadplanetli sivilizasiyaların mövcudluğuna və ya onların Yer kürəsi ilə əlaqəsinə dair heç bir sübut görməyib.
“Statistik olaraq Kainat o qədər genişdir ki, onun daxilində həyatın mövcud olma ehtimalı yüksəkdir. Lakin Günəş sistemləri arasındakı məsafələr o qədər böyükdür ki, yadplanetlilərin bizi ziyarət etməsi ehtimalı azdır. Prezidentliyim dövründə yadplanetli sivilizasiyaların bizimlə əlaqə saxladığına dair heç bir dəlil görmədim. Düzünü desəm!”, – deyə keçmiş dövlət başçısı qeyd edib.
Obama həmçinin məşhur “51-ci zona” ilə bağlı iddialara da münasibət bildirib. O deyib ki, yadplanetlilər həmin ərazidə saxlanılmır və orada yeraltı bazalar mövcud deyil.
“Əgər böyük bir sui-qəsd yoxdursa və bütün bunlar hətta ABŞ prezidentindən belə gizlədilməyibsə”, – deyə o əlavə edib.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.