AZ

Okan Buruk: “Yuventus”un oyunlarını izləyərkən…”

“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində evdə “Yuventus”u qəbul edəcək.

Apasport.az xəbər verir ki, oyun öncəsi keçirilən mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Okan Buruk bir sıra açıqlamalar verib:

“Uzun müddətdir xəyalını qurduğumuz bir oyundur. Mövsümə başlayarkən məqsədimiz ilk ‘8-lik’də yer alaraq növbəti mərhələyə yüksəlmək idi. Lakin bunu pley-off mərhələsi vasitəsilə etməyə çalışacağıq. İlk oyunu evdə keçirəcəyik. Rəqibimizin nə qədər güclü futbolçulara və baş məşqçiyə sahib olduğunu bilirik. Onlar üçün çətin bir dövrdür. Oyun baxımından yaxşı təsir bağışlasalar da, qazana bilmədikləri matçlar olub. Uğursuz bir dönəmdən keçirlər. İki gün əvvəl oyun keçiriblər. Onlarla müqayisədə daha çox istirahət etmişik. Hər iki komandanın hədəfi Çempionlar Liqasında növbəti mərhələyə yüksəlməkdir. Çətin oyun bizi gözləyir. Qələbə qazanaraq üstünlük əldə etmək istəyirik. Hər iki komanda rəqibin öz oyununu qurmasına imkan vermir. Bəzən Çempionlar Liqasında yaxşı müdafiə olunmaq sizə qələbə qazandırır. "Yuventus"un oyunlarını izləyərkən ‘üçlü oynayırlar, yoxsa dördlü?’ sualı yaranır”.

Qeyd edək ki, “Qalatasaray” – “Yuventus” qarşılaşması fevralın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Millətlər Liqası: Türkiyə üçün arzuolunmaz rəqiblər

Millətlər Liqası: Yığmamızın rəqibləri bəlli oldu - YENİLƏNİB

“Nyukasl” - “Qarabağ” oyunu üçün vauçerlər satışa çıxarıldı

“Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!

“Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ

Seçilən
20
1
apasport.az

2Mənbələr