AZ

Françesko Totti: “Roma”ya qayıdış? Biz bunu müzakirə edirik”

“Roma” və İtaliya millisinin keçmiş hücumçusu Françesko Totti Roma klubuna mümkün qayıdışı barədə danışıb.

“Roma”ya qayıdış? Biz bunu müzakirə edirik. Hələ də bir neçə detal dəqiqləşdirilməlidir, amma deyə bilərəm ki, iş gedir. Görək bundan sonra nə olacaq. Amma bundan artıq danışmayacağam” – “Sky Sport Italia” Tottinin sözlərini sitat gətirib.

Daha əvvəl mətbuatda Françesko Tottinin texniki direktor kimi kluba qayıda biləcəyi barədə məlumat yayılmışdı. Hücumçu 785 matçda 307 qol vuraraq “Roma”nın bütün zamanların ən çox qol vuran oyunçusudur. İtaliyalı futbolçu 2017-ci ildə karyerasını başa vurub.

Roma klubu hazırda A Seriyası turnir cədvəlində dördüncü yerdədir.

İdman.Biz
Seçilən
25
1
idman.biz

2Mənbələr