ABŞ İran ətrafında mövcud olan "Avraam Linkoln" aviadaşıyıcı zərbə qruplaşmasına "Cerard Ford" qruplaşmasını da əlavə edib. Bu kifayət qədər ciddi konsentrasiya hesab olunur.
Belə bir qruplaşmanın yaradılması İran ilə danışıqların ABŞ və İsraili qane etmədiyini, hərbi müdaxilə variantının gündəmdə olduğunu göstərir.
Amma bu danışıqların İran planlarına uyğun olaraq uzun müddət davam edəcəyi real görünmür.
Proses istənilən ssenari ilə mart ayının sonuna qədər, bəlkə Novruz bayramı ərəfəsində həllini tapacaq. Bu həll qətiyyən mola rejiminin maraqlarına uyğun olmayacaq.
Azərbaycan və Türkiyə müharibə olmasını istəmir, amma regionun baş ağrısına səbəb olan və daim İslam dünyasına problemlər yaradan molla rejiminin dəyişməsi qaçılmazdır.
Ədalət Verdiyev