“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində evdə “Yuventus”u qəbul edəcək.
Apasport.az xəbər verir ki, oyun öncəsi keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Luçano Spaletti bir sıra açıqlamalar verib:
“Viktor Osimhen və Mauro İkardi çox güclü futbolçulardır. Meydanda necə davranmalı olduqlarını çox yaxşı bilirlər. Biri xaos yaradır, digəri isə həmin xaosdan yararlanmağı bacarır. Hər ikisinin də böyük istedadı var. Bunun həlli yolu onları mümkün qədər topdan uzaq saxlamaqdır. "Qalatasaray"ın keyfiyyəti bizim üçün ciddi çətinlik yaradır.
Bütün çətinliklərin fərqindəyik. Rəqibimizin əvvəlki oyunlarını izləmişik. Okan Burukun nə qədər yaxşı baş məşqçi olduğunu bilirik. Onun böyük şəxsiyyəti var. Belə rəqiblərlə qarşılaşdığımız üçün xoşbəxtik. Bu matçı qələbə ilə başa vurmaq niyyətindəyik. Hansı səviyyədə olduğumuzu bütün dünyaya göstərməliyik”.
Qeyd edək ki, “Qalatasaray” – “Yuventus” qarşılaşması fevralın 17-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Millətlər Liqası: Yığmamızın rəqibləri bəlli oldu - YENİLƏNİB
“Nyukasl” - “Qarabağ” oyunu üçün vauçerlər satışa çıxarıldı
“Qarabağ”ın matçı üçün İngiltərəyə getmək istəyənlər: Diqqət!
“Nyukasl”ın “Qarabağ”la matçlar üçün HEYƏTİ
MOK-dan etiraz: “Arsax” adlı musiqinin istifadəsindən narahatıq"