Rusiya ordusu Ukraynanın enerji sektoruna daha böyük kütləvi zərbələr endirməyə hazırlaşırlar.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “Facebook” səhifəsində deyib.
"Kəşfiyyat bildirir ki, ruslar enerji sektoruna daha böyük zərbələrə hazırlaşırlar. Hava hücumundan müdafiə sistemləri düzgün qurulmalıdır. Rusiya hücumları daim, belə deyək, inkişaf edir. Təəssüf ki, bunlar digər bölmələrdən xüsusi müdafiə və müvafiq dəstək tələb edən birləşmiş hücumlardır", - Zelenski vurğulayıb.