AZ

GPT-4o modelinin fəaliyyəti dayandırıldı

GPT-4o modeli istifadədən çıxarılıb. Metbuat.az xəbər verir ki, bu barədə OpenAI açıqlama yayıb. Açıqlamada deyilir ki, GPT-4o-la yanaşı GPT-4.1 və o4-mini kimi modellərin də fəaliyyəti dayandırılıb. Bu da, xüsusən də onun özünəməxsus stilinə və tonuna alışmış sadiq istifadəçi bazası arasında məyusluğa səbəb olub. Qeyd edək ki, OpenAI ilk dəfə deyil belə qərar qəbul edir.

Ötən il GPT-5-in buraxılması ilə GPT-4o müvəqqəti olaraq istifadədən çıxarılmışdı. Lakin istifadəçi tənqidləri və GPT-5-nin ünsiyyəti ilə bağlı etirazlardan sonra GPT-4o geri qaytarılmıdşı. İndi şirkətin qərarı, xüsusən də Çin kimi bölgələrdəki istifadəçilər arasında məyusluq yaradıb.

Seçilən
53
metbuat.az

1Mənbələr