Uzun müddətdir RTÜK-ün nəzarətində olan və etikadan kənar səhnələrinə görə gündəmdən düşməyən "Jasmine" serialı üçün yolun sonu görünüb.
Milli.Az xəbər verir ki, RTÜK serialdakı qeyri-etik elementlər və yayım prinsiplərinə zidd səhnələrə görə platformanı dəfələrlə cərimələyib.
"Jasmine" dramatik və psixoloji gərginliklə dolu süjet xəttinə malikdir.
Baş qəhrəman Yasemin ölümcül ürək xəstəliyi ilə mübarizə aparır və orqan transplatasiyası növbəsinə daxil olmaq üçün zamanla yarışır.
Hekayənin mərkəzində Yaseminin ögey qardaşı Tufanın ona olan və getdikcə aludəçiliyə çevrilən sərhədsiz duyğuları dayanır. Məhz bu münasibətlər şəbəkəsi və cəsarətli səhnələr serialı tənqidlərin hədəfinə çevirmişdi.
Serialın əsas rollarını aktyorlar Asena Keskinci və Burak Can Aras canlandırırdı.
Lalə Qüdrətova
Milli.Az