AZ

“Krokus” işi: Prokurorluq 15 nəfər üçün ömürlük həbs cəzası TƏLƏB EDİR

“Krokus” terrorunu törədənlər üçün ömürlük həbs cəzası istənilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya prokurorluğu “Krokus Siti Holl”da (Crocus City Hall) törədilən terror aktının icraçıları üçün ömürlük həbs cəzası tələb edib.

Cinayət işində iştirakçı olan və terrorçulara kömək edən digər şəxslər isə 19 il və ya daha çox müddətə azadlıqdan məhrum edilə bilər.

Ümumilikdə iş üzrə 19 nəfər şübhəli şəxs qismində tanınıb. Onların arasında terrorçulara avtomobil satan və onlara mənzil kirayə verən şəxslər də var.

Məlumata görə, 15 fiquranta qarşı ömürlük həbs cəzası istənilir. Həmçinin məhkəmənin həmin şəxsləri sonradan qazandıqları Rusiya Federasiyası vətəndaşlığından məhrum edəcəyi gözlənilir.

Xatırladaq ki, “Krokus Siti Holl”da terror aktı 22 mart 2024-cü ildə baş verib. Atışma və ardınca yaranan güclü yanğın nəticəsində 145 nəfər həlak olub, 550-dən çox insan isə xəsarət alıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
65
interpress.az

1Mənbələr