
Meksikalı dağ xizəkçiləri Sara Şleper və Lasse Hahiola eyni Qış Olimpiya Oyunlarında yarışan ilk ana və oğul oldular.
Yeniavaz.com xəbər verir ki, 18 yaşlı Hahiola slalom yarışında iştirak etsə də, yarışını başa vura bilməyib.
46 yaşlı Şleper isə fevralın 12-si baş tutan “super-G” yarışında 1 dəqiqə 31,37 saniyəyə finiş xəttini keçərək 26-cı yeri tutub.