AZ

Qızım evli kişidən hamilə qalmışdı

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Rusiyalı aktrisa Yekaterina Volkova qızı ilə yaşadığı gərgin münasibətlərdən danışıb. O, Ostorojno: Sobçak layihəsinə müsahibəsində bir vaxtlar qızı Valeriya ilə məhkəməyə qədər getməyi düşündüyünü açıqlayıb.Demokrat.az xəbər verir ki, aktrisanın sözlərinə görə, mübahisələrin əsas səbəbi qızının şəxsi həyatı və nəvələri ilə bağlı yaranan vəziyyət olub. “Hər şey qızımın evli kişidən hamilə qalması ilə başladı. Biz qərar verdik ki, uşağı saxlayacağıq. Amma həmin kişi nəvəm Timofeyin həyatında ümumiyyətlə iştirak etmədi”, - deyə Volkova bildirib.O iddia edib ki, həmin şəxs uşaqların sənədlərində qeyd olunmayıb və ailə məsuliyyətini üzərinə götürməyib. “Mən uşağı böyütməyə, ona sərmayə qoymağa hazır idim. Qızım üçün mənzil verdim. Sonra həmin kişi yenidən peyda oldu və daha bir uşaq dünyaya gəldi”, - aktrisa deyib.Volkova əlavə edib ki, qızı onun nəvələri ilə görüşməsinə mane olub: “Onlar harasa köçüblər və mənə ünvan demirlər. Hesab edirlər ki, məndən uzaq durmaq lazımdır”. O, qızının seçdiyi şəxsin ona qarşı hörmətsiz davrandığını vurğulayıb: “Mən onu 15 dəfə qovmuşam, lazım olsa 16-cı dəfə də qovarım. Mənə qarşı kobudluq etməyə ehtiyac yoxdur”.Aktrisa bildirib ki, hazırda qızı ilə münasibətlər qismən yaxşılaşıb, lakin kürəkəni ilə barışıqdan söhbət getmir. “Nəvəm mənə bağlıdır, yanıma gəlmək istəyir. Amma mən ona izah edə bilmirəm ki, niyə onu özümlə apara bilmirəm”, - deyə o qeyd edib.Həmçinin oxu:

Müğənnilərə veriləcək 655 manat maaşla bağlı AÇIQLAMA

Vüsaləyə ikinci dəfə böyrək köçürüldü

Qızların şəklini bəyəndi deyə maaşından pul tutulacaq — Azərbaycanda qəribə hadisəVolkova ümid etdiyini bildirib ki, gələcəkdə bütün məsələləri sakit şəkildə müzakirə edib həll edə biləcəklər.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
2
demokrat.az

3Mənbələr