AZ

Zelenski bütün şərtlərlə razılaşdığını açıqladı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Rəsmi Kiyev ABŞ tərəfindən irəli sürülən bütün real təklifləri qəbul edib.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib. Dövlət başçısının sözlərinə görə, razılaşma ilk növbədə qeyd-şərtsiz və uzunmüddətli atəşkəs təşəbbüsünü əhatə edir.

“Biz qeyd-şərtsiz və uzunmüddətli atəşkəs təklifindən başlayaraq Amerikanın bütün real təklifləri ilə razılaşdıq”, – deyə Zelenski vurğulayıb.

Prezident daha əvvəl təhlükəsizlik zəmanətləri məsələsində prinsipial mövqe sərgilədiyini xatırladıb. Onun sözlərinə görə, ABŞ tərəfi əvvəlcə ərazi mübadiləsi və ya oxşar addımların atılmasını, daha sonra isə təhlükəsizlik zəmanətlərinin müzakirəsini təklif edib.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr