AZ

Narkotik daşıyan gəmi ələ keçirildi 165 milyonluq kokain müsadirə edildi

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Salvadorun Hərbi Dəniz Qüvvələri Sakit okeanda 165 milyon dollar dəyərində narkotiki daşıyan gəmini ələ keçirib.

Avtosfer.az xəbər verir ki, bu barədə ölkə başçısı Nayib Bukele sosial media hesabında paylaşım edib.

Məlumata görə, ələ keçirilən gəmidə 6.6 ton kokain olub. Ölkə prezidenti deyib ki, əməliyyat zamanı ölkə tarixində rekord miqdarda narkotik maddə müsadirəsi həyata keçirib.

Qeyd olunur ki, 54 metr uzunluğunda olan gəmi Tanzaniya bayrağı altında üzüb. Narkotiklər ballast çənlərində gizlədilib və onları tapmaq üçün hərbi dalğıcların köməyindən istifadə olunub.

Əməliyyat zamanı gəmidə olan on nəfər saxlanılıb. Onlardan dördü kolumbiyalı, üçü nikaraqualı, ikisi panamalı, biri isə ekvadorludur.

Oxunub 14

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
74
3
avtosfer.az

4Mənbələr