AZ

Baş müfti: Kadırovla Kərimovu Putin barışdırıb

BAKI, 16 fevral. TELEQRAF

Çeçenistan lideri Ramzan Kadırovla Dağıstan senatoru Süleyman Kərimov arasındakı münaqişə həll olunub: onlar Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada barışıblar.

Teleqraf xəbər verir ki, bunu Rusiya Müsəlmanlar Ruhani İdarəsinin sədri Şeyx Ravil Qaynutdin Ramazan bayramı öncəsi dindarlara video müraciətində açıqlayıb: "İki Qafqaz respublikasının liderləri arasında açıq düşmənçilik 2024-cü ilin payızından bəri davam edirdi. O vaxt Kadırov Kərimovu ona qarşı sui-qəsd hazırlamaqda ittiham etmiş və açıq şəkildə qanlı düşmənçilikdən danışmışdı".

Xatırladaq ki, 2024-cü ilin sonlarında Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının deputatları Bekxan Barahoyev, Rizvan Kurbanov və Dağıstandan olan senator Süleyman Kərimovu hədələmişdi.

Kadırov onlara qan düşmənçiliyi elan edib və qisası alacağını bildirib.

Kadırov iddia edib ki, adları çəkilən vəzifəli şəxslər “Wildberries” şirkəti ətrafında yaranan münaqişəyə görə onun qətlini sifariş ediblər.

Guya deputat Süleyman Kərimov onun aradan götürülməsi üçün 100 milyon təklif edib.

Kadırov əlavə edib ki, adıçəkilən şəxslər günahsız olduqlarını sübut etsələr, qisas almağı dayandırmağa hazırdır.

Seçilən
46
3
teleqraf.com

4Mənbələr