Banqladeşin müvəqqəti hökuməti, çərşənbə axşamı günü yeni baş nazir olan Banqladeş Millətçi Partiyasının (BNP) lideri Tariq Rəhmanın andiçmə mərasimindən əvvəl istefa verib.
Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.
"Bu gün müvəqqəti hökumət istefa verir", - deyə müvəqqəti hökumətin sədri Məhəmməd Yunus xalqa müraciətində demokratiya, söz azadlığı və fundamental hüquqların qorunmasının davam etdirilməsinə çağırış edib.
Yunusun sözlərinə görə, "Banqladeş artıq itaətkar xarici siyasətə malik, digər ölkələrin diktə və məsləhətlərindən asılı olan bir ölkə deyil”.
QAZİLER.AZ