AZ

Azərbaycan və Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirildi (FOTO)

Bakı. Trend:

Fevralın 16-da Bakı şəhərində Azərbaycan Respublikasının Xariciİşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi arasındanövbəti konsulluq məsləhətləşmələri keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, məsləhətləşmələrdəAzərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlərNazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Gürcüstannümayəndə heyətinə isə Gürcüstan Xarici İşlər NazirliyininBeynəlxalq hüquq, konsulluq və diaspor məsələləri direktoratlığınındirektoru Qiorqi Tabatadze rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə vəsəlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın AzərbaycanRespublikasındakı səfiri Zurab Pataradze, AzərbaycanRespublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin və DövlətMiqrasiya Xidmətinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluqsahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ocümlədən sahə üzrə ikitərəfli sənədlərin imzalanması barədə fikirmübadiləsi aparılıb.

Tərəflər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarınınqorunması və onlara konsulluq yardımının göstərilməsi mövzusu üzrəmüzakirələr keçirib, əməkdaşlığın intensivləşdirilməsinə dairrazılığa gəliblər.

Məsləhətləşmələrdə həmçinin Azərbaycanla Gürcüstan arasındaədliyyə, miqrasiya, təhsil, sosial müdafiə və digər vacib sahələrüzrə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərininrəhbərləri tərəfindən görüşün protokolu imzalanıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
24
12
az.trend.az

10Mənbələr