AZ

Sabah İlyas İsmayılovun il mərasimi olacaq

Hurriyyet saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Sabah fevralın 17-də Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun dünyasını dəyişməsinin ildönümü qeyd ediləcək.Modern.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov bildirib.O qeyd edib ki, il mərasimi saat 11.00-dan Heydər Məscidində keçiriləcək.Azərbaycanın sabiq baş prokuroru və keçmiş ədliyyə naziri, Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılov 17 fevral 2025-ci il tarixində müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın Reanimasiya şöbəsində vəfat edib.

İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri işləyib. Milli Məclisin III və IV çağırış deputatı olub.Mərhum öz vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristablığında oğlu Etimad İsmayılovun yanında dəfn olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
hurriyyet.az

1Mənbələr