AZ

Ukrayna ABŞ nin realistik bütün təkliflərinə razıdır Zelenski

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Volodimir Zelenski ölkəsinin ABŞ-nin təklif etdiyi bütün realistik variantlara razılıq verdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, axşam müraciətində açıqlama verib.

“Biz Amerika tərəfindən irəli sürülmüş bütün realistik təklifləri qəbul etdik, o cümlədən atəşkəs təklifini  şübhəsiz ki, uzunmüddətli şəkildə”, – dövlət başçısı vurğulayıb.

Bundan əvvəl Zelensky qeyd etmişdi ki, Ukrayna ABŞ-ın təhlükəsizlik zəmanətləri şərtlərini qəbul etmir. “Amerikalı dostlarımız təhlükəsizlik zəmanətləri hazırlayır. Amma onlar dedilər: ‘Əvvəl torpaqların dəyişdirilməsi və ya buna bənzər bir şey, sonra isə təhlükəsizlik zəmanətləri’. Mən hesab edirəm ki, əvvəl təhlükəsizlik zəmanətləri olmalıdır”, – deyə o açıqlayıb.

Ukrayna ilə bağlı növbəti danışıqlar raundu Cenevrədə keçiriləcək və 17-18 fevral tarixlərinə planlaşdırılıb.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
redaktor.az

2Mənbələr