Axsham.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"İnsan üçün hər bir şeydə hədd önəmlidir. Ona görə də pula meyil etdikdə artıq sənət kiçilməyə başlayır. Sənətlə də çox məşğul olanda pul cəhətdən bir az axsayırsan. Bunun üçün qarşılıqlı olmalıdır".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Mədəni şou"da deyib. O, sənəti olub, ancaq pul dalınca qaçan həmkarlarına qıcıqlandığını bildirib:
"Oxuduğum "Mənə onu çağırın gəlsin" mahnısını kütlə və toya getmək üçün fikirləşmişdim. Amma mahnının içində bir sənət, melodiya var. Ona qulaq asan yaxşı musiqiçilər pis deyə bilməz. Balans burada qorunub.
Sənəti ola-ola pul dalınca qaçan adamlar məni qıcıqlandırır. Çünki Allah insana ağıl verib. Sənətin varsa, onsuz da sənə pul gələcək. Bu, elə birinci növbədə mənə də aiddir. Pulun yerinə, taxta və ya daş da ola bilərdir, bu, vasitədir. Amma sənin içində olan sənətindir. Bunu ucuzlaşdıranda mənim xoşuma gəlmir. Baxırsan ki, pula görə bəzi şeyləri edirlər. Heç kimi qınamıram, amma bunu sənə Allah veribsə, onu kiçildə bilməzsən".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.