AZ

Sensasion: “F-35 səmada iPhone kimidir – sındırıla bilər”

Niderlandın müdafiə nazirliyində dövlət katibi vəzifəsini tutan Geys Tёynman F-35 qırıcılarının kiberhücumlara qarşı tam toxunulmaz olmadığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, rəsmi şəxsin sözlərinə görə, beşinci nəsil bu təyyarələr adi smartfonlar kimi proqram təminatından asılıdır və nəzəri olaraq sındırıla bilər.

O bildirib ki, Avropa ölkələri F-35-ləri öz silah sistemlərinə uyğunlaşdırmaqda çətinlik çəkir və proqram təminatını müstəqil dəyişdirmək hüququ əldə etməlidir. Əks halda qitənin müdafiə qabiliyyəti texnoloji baxımdan kənar nəzarət altında qalacaq.

Teynman həmçinin Avropanın ABŞ texnologiyalarından həddən artıq asılı olduğunu vurğulayıb və qırıcıların Avropa silahları ilə uyğunlaşmasının sürətləndirilməsinə çağırıb. Bu açıqlama NATO daxilində rəqəmsal təhlükəsizlik və texnoloji suverenlik mövzusunda yeni müzakirələrə səbəb olub. /Musavat.com/

Seçilən
26
1
turkustan.az

2Mənbələr