AZ

"Xaç atası" filminin aktyoru Robert Düvall vəfat edib

"Xaç atası" filminin aktyoru Robert Düvall vəfat edib

"Xaç atası" (The Godfather), "Apokalipsis bu gün" (Apocalypse Now) və "Zərif mərhəmət" (Tender Mercies) kimi kult filmlərin ulduzu, amerikalı aktyor Robert Düvall 95 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri aktyorun həyat yoldaşına istinadən məlumat yayıb.

Həyat yoldaşı Düvallın sənət fədakarlığını xüsusi vurğulayıb: "Bütün dünya üçün o, 'Oskar' mükafatçısı, rejissor və hekayəçi idi. Mənim üçün isə o, hər şey idi. Robert işini çox sevirdi və bütün varlığını canlandırdığı obrazlara həsr edirdi".

Robert Düvall karyerası ərzində yeddi dəfə "Oskar" mükafatına namizəd göstərilib. O, 1984-cü ildə "Zərif mərhəmət" filmindəki çıxışına görə "Ən yaxşı kişi rolu" nominasiyasında qalib gələrək nüfuzlu mükafatı qazanıb.

Seçilən
74
4
afn.az

5Mənbələr